Добро пожаловать
Вход / Создать Плейлист

Evlenmeyin a Kisi

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by В Смотреть приколы 2024 года
22 Просмотры

Описание

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində 28785 nikah və 7531 boşanma halları qeydə alınıb. Bu isə o deməkdri ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Mütəxəssislərin fikrincə, evlilikdə tərəflə yalnız qarşı tərəfin xüsusiyyətlərinə diqqət yetirir. Amma əslində insan qarşı tərəfdən gözləntiləri ilə yanaşı, öz vəzifə və məsuliyyətlərinin də fərqində olmalıdır. İnsanın özünə mütləq “Necə olmalıyam?” sualını verməsi lazımdır. Psixoloq Elnarə Əsədzadə Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, evlilikdə birinci addımın özünü tanımaq, ikinci addımın qarşı tərəfi tanımaq, üçüncü addımın isə evlilik institutunu, yəni sistemi tanımaqdır.

“Cütlüklərin evlilik yaşının kifayət qədər olması və hər iki tərəfin bir-birini istəməsi evlilik üçün kifayətdir. Amma bununla yanaşı evlilik yetkinliyi də olmalıdır. Ailə yetkinliyi olmayan təsadüfi evliliklər çox zaman boşanma ilə nəticələnir. Dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə ilk 5 ildə boşanma nisbəti 50 faizdən yuxarıdır” - deyə psixoloq qeyd edib. Onun sözlərinə görə, “evlilikdə üç dövr var. Birinci semestr, romantika dövrüdür. Bu dövr tərəflərin bir-birinin eyibini görmədiyi bal ayına bənzər bir dövrdür. Romantika dövrü adətən bir neçə aydan iki ilə qədər davam edir. Bundan sonra həyatın reallıqları qarşıya çıxır. Şəxsiyyət münaqişələri başlayır. Bu dövrdə tərəflər ağıllı bir həll yolu tapsalar, yetkinlik dövrünə, yəni öhdəlik dövrünə keçirlər. Evlilikdə öhdəlik var. Sonra evlilik etibar yerinə çevrilir. Evlilik sığınacaq olur” - deyə Elnarə Əsədzadə əlavə edib. Həmsöhbətimiz qeyd edir ki, evliliyin sığınacaq halına gəlməsi üçün sərmayə qoymaq çox önəmlidir.

“Evlənmək istəyən insanlarla söhbətimiz zamanı görürük ki, insan həmişə həyat yoldaşının necə olacağını düşünür. İnsan heç vaxt öz məsuliyyətlərini düşünməz. İnsan heç bir zaman “Mən necə olmalıyam?” sualı üzərində düşünmür. İlk səhv burada baş verir. Bu səbəbdən də evliliyin ilk addımı özünü tanımaqdır. İkinci addım qarşı tərəfi tanımaqdır” - deyən psixoloq bildirir ki, evlilikdə həyat yoldaşı və həyatla bağlı gözləntilər var. Həyat insanın xəyal etdiyi və yaşamaq istədiyi deyil, qarşılaşdığıdır. Həyat insanların həmişə planlaşdırdıqları kimi gedən bir anlayış deyil. Həyat insanın təkbaşına qərar verə biləcəyi məfhum deyil.

Evlilikdə bir nəfər yox, iki nəfər var. Evlilikdə insan daha iki gözlə deyil, dörd gözlə görür. İki qulağı ilə deyil, dörd qulağı ilə eşidir. Belə harmoniya yaratmaq lazımdır. Amma təəssüf olsun ki, evlilikdə cütlüklər mən olaraq qalır “biz” ola bilmirlər.

Mütəxəssis qeyd edirki, evliliyin ən böyük ehtiyacı dialoqdur.

“Evliliyin ən böyük düşməni inadkarlıqdır. İnadkarlıq eqoizmdən qaynaqlanır. Bir insan həmişə bildiyini deyirsə, o, eqosentrikdir. Onların ən böyük xüsusiyyəti empatiyanın olmamasıdır” - deyən psixoloq bildirir ki, ailənin dağılmaması üçün insanlar ailə qurduqdan sonra eqoizmi kənara qoyub, “Biz” olaraq düşünməyə başlamalıdır. Belə olarsa ailə möhkəm olar.@l3akinec #evlənmək istəyirəm #qohumla evlənmək#evlənmək istəyirəm #(filmshortsmarry me now#жениться или нетжениться тебе надо брат#evlilik teklifi suprizleri#evlənmək istəyirəm (film

Написать комментарий

Комментарии

Комментариев нет. Будьте первым кто оставит комментарий.
RSS
Яндекс.Метрика